Azərbaycan klubu TARİXİ SƏFƏRƏ hazırlaşır

11 Mart 2022 14:00 Maraqlı 1 718
Azərbaycan klubu TARİXİ SƏFƏRƏ hazırlaşır

Azərbaycan klubu işğaldan azad olunmuş rayona getməyi planlaşdırır.

Söhbət ötən yaya yaradılan "Cəbrayıl" komandasından gedir. Klub təmsil etdiyi Cəbrayılı ziyarət etməyi düşünür. Hazırda səfərlə bağlı dövlət qurumları ilə danışıqlar aparılır.

Region Liqasına iştirak edən klub öyən yay- Cəbrayılın azad olunmasından sonra yaradılıb.

Komandanın prezidenti və baş məşqçisi Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Cavid Hüseynovdur.

Cəbrayıl rayonu Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də erməni işğalından azad edilib.

Daha öncə isə "Qarabağ" klubunun tam tərkibdə təmsil olunduğu Ağdamı işğaldan azad olunmasından sonra ziyarət etdiyini bildirək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti