Ruslan Abışovdan Mahir Emreli ilə bağlı atmacalı PAYLAŞIM - FOTO

19 Fevral 2022 09:40 Maraqlı 4 373
Ruslan Abışovdan Mahir Emreli ilə bağlı atmacalı PAYLAŞIM - FOTO

Mahir Emrelinin "Dinamo"dakı (Zaqreb) debütü Avropa Liqasının 1/16 final mərhələsinin "Sevilya" ilə ilk matçına təsadüf etdi.

Xorvatiya təmsilçisinin məğlubiyyyət (1-3) yaşadığı matçda futbolçumuz 57-ci dəqiqədə meydana daxil oldu.

24 yaşlı hücumçunun debütünə reaksiya verənlər arasında Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov da olub.

Hazırda "Zirə"nin şərəfini qoruyan təcrübəli oyunçu öz sosial şəbəkə hesabından debütla bağlı maraqlı paylaşım edib.

O, "Avropa Liqasının 1/16 finalında oynayan Azərbaycanlı futbolçular" başlığı altında Mahirlə birgə fotosunu paylaşıb.

Abışov bununla hələ 8 il əvvəl "Rubin"nin heyətində Avropa Liqasının pley-off mərhələsində meydana çıxmasına eyham vurmuş olub.

Məhz 2014-cu ildə Avropa Liqasının pley-off mərhələsinin "Betis"lə cavab matçının 74-cü dəqiqəsində Abışov meydana daxil olub.

34 yaşlı futbolçu 2013-cü ildə "Xəzər Lənkəran"dan "Rubin"ə transfer olunub.

O, rusiya təmsilçisinin heyətində 11 matçda forma geyinib. Bu qarşılaşmalardan 5-i əvəzedici komandanın payına düşür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"