"Kamran Ağayevi oynatdığım üçün azərbaycanlı jurnalistlər məni sərt tənqid etdilər"

17 Yanvar 2022 23:00 Maraqlı 1 177
"Kamran Ağayevi oynatdığım üçün azərbaycanlı jurnalistlər məni sərt tənqid etdilər"

"Hər idmançının olduğu kimi Kamran Ağayevin də karyerasının bir gün sona çatacağı məlum idi.

Ona indidən sonrakı həyatında uğurlar arzu edirəm".

Bunu Sportinfo.az-a açıqlamasında Kamran Ağayevin karyerasını bitirməsinə münasibət bildirən Naci Şensoy deyib.

Türkiyəli mütəxəssisin Ağayevin karyerasında xüsusi yeri var. Kamran 2004-2006-cı illər "Turan"da çıxış edərkən bölgə klubunu məhz Naci Şensoy çalışdırırdı.

63 yaşlı mütəxəssis keçmişə qayıdıb və Kamrana ilk şans verdiyi oyunu yaxşı xatırladığını bildirib:

"Kamranın böyük futbolda parlamasında imzam olduğu üçün çox qururluyam. Bugünkü kimi yadımdadır. Konkovun çalışdırdığı güclü "İnter"lə (indiki "Keşlə") Bakıda matçımız vardı.

O zaman "Turan"ın birinci qapıçısı Özbəkistan yığmasında da oynamış Belakov idi. Amma bəzi oyunlarda səhvləri olurdu.

Mən də həmin görüşdə Kamranı qapıya qoydum. 3 qol vurmağımıza rəğmən 4 qol buraxdıq və məğlub olduq".

Şensoy verdiyi qərara görə mətbuatda çox tənqid olunduğunu, ancaq qərarına əsla peşman olmadığını dilə gətirib:

"Qarşılaşmadan sonrakı mətbuat konfransında 19 yaşlı Kamranı oynatdığım üçün azərbaycanlı jurnalistlər məni acımasızca tənqid etdilər.

Onlara dedim ki, heç peşman deyiləm. Biz həm gün oyunu uduzduq, amma Azərbaycan futboluna 15 ildən çox xidmət etmiş Kamran Ağayevi qazandırdıq.

Əcnəbi məşqçi olsam da azərbaycanlı məşqçi kimi davrandım. Buna görə də özümlə fəxr edirəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti