“Keşlə” şəhidinə bu cür ehtiram göstərdi - FOTOLAR

10 Yanvar 2022 17:40 Maraqlı 490
“Keşlə” şəhidinə bu cür ehtiram göstərdi - FOTOLAR

44 günlük Vətən Müharibəsində fədəkarlıqla döyüşüb şəhid olan qəhrəmanlar arasında hər sahədən, hər peşədən insanlar oldu.

Eləcə də futbol camiəsindən şəhid olanlar az deyildi.

Vətənin bütövlüyü uğrunda canında keçən qəhrəmanlar arasında "Keşlə"nin çılğın fanatlarından biri olan İsrayil Cəfərzadə də vardı.

Klubun "Old Wolf" azarkeş qrupu şəhid dostlarını tez-tez ziyarət etməklə xatirəsini yaşatmağa çalışırlar.

2022-nin ilk günləri fanat qrupu əziz dostlarını yenə unutmayıblar.

Belə ki, fan klubun rəhbəri Elnur Yusifovun təşkilatçılığı ilə bir neçə fəal üzv şəhidimizin məzarını ziyarət ediblər. Qrup üzvüləri sonra şəhidimizin ev muzeyinə getməyi də yaddan çıxarmayıblar.

Burada İsrailin valideynləri ilə görüşən fanatlar onun döyüş yolundan söhbət açıblar. Sonda şəhid qardaşımızın ruhuna dualar oxumaqla ziyarət başa çatıb.

30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuş İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. İsrayıl Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidimizin qəhrəmanlığı mükafatsız qalmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “İgidliyə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti