Rəşad Sadıqov ÖZƏLLİYİ - VİDEO

5 Yanvar 2022 19:00 Maraqlı 1 070
Rəşad Sadıqov ÖZƏLLİYİ - VİDEO

Azərbaycan klubları qış fasiləsinə yollanıb.

Nə oyunlar var, nə məşqlər. Belədə mətbuat üçün də çətin olur.

Ki, işləməyə mövzu qıtlığı yaranır. Amma futbolumuzda elə personalar var ki, onları hər gün mövzu edib, hər gün danışsaq, yenə yeri var. Bir sözlə, köhnəlməzlər.

Məsələn, Rəşad Sadıqov kimi.

Onun Azərbaycan futboluna xidmətləri danılmazdı.

"14" nömrə yalnız yaxşı müdafiəçi olmaqla yaddaşlarda qalmayıb. Elə olsaydı, o, Rəşad Sadıqov olmazdı ki.

Onu Rəşad Sadıqov edən bir çox komponentlər var. Yaxşı müdafiəçi olması, sadəcə həmin komponentlərdən biridir.

Rəşad Sadıqov nümunəvi kapitan idi. Əbəs yerə ona "Böyük kapitan" demirdilər. Bu gün də yerli futbolçular danışanda onun adını xüsusi hörmətlə çəkirlər.

Sadıqov ən kritik məqamlarda səhnəyə çıxar, komandasını arxasınca aparmasını bilərdi. Kritik çıxarışlarını saysan bitməz.

Sürüşmə fəndini onun kimi ideal yerinə yetirən müdafiəçi az- az rastımıza çıxar. Gərəkdiyində irəli çıxarı, komandasının hücumlarını qurardı. Cərimə zərbələrindən fərqlənməyi də pis bacarmırdı.

Maraqlı olacağını nəzərə alıb, bütün bu sadaladıqlarımızı özündə artıqlaması ilə əks etdirən videonu sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı