Rəşad Sadıqov bu məşhurun adını ilk dəfə çəkdi

30 Dekabr 2021 16:00 Maraqlı 985
Rəşad Sadıqov bu məşhurun adını ilk dəfə çəkdi

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı, hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov öz kumirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "Neftçi TV"də yayımlanan "Unudulmaz xatirələr" verilişində İngiltərə "Mançester Yunayted"inin keçmiş hücumçusu Erik Kantonaya futbolçu karyerasının ilk illərində rəğbət bəslədiyini bildirib.

Veteran müdafiəçi daha sonra "qırmızı şeytanlar"ın digər sabiq üzvü Devid Bekhemə azarkeşlik etdiyini söyləyib:

"Ümumiyyətlə, "Mançester Yunayted"i sevdiyimdən bu komandanın "7" nömrələrinə hər zaman xüsusi simpatiyam olub. Amma əsas kumirim Kantona idi".

Rəşad Sadıqov 2020-ci ildən "Zirə"yə başçılıq edir. O, futbolçu karyerasında "Qarabağ"dan öncə "Turan", "Neftçi", Türkiyənin "Kayserispor", "Kocaelispor" və "Eskişehirspor" klublarının da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti