Mahir Emrelinin istirahət gündəliyi - Öncə Qurban Qurbanov, indi də...

26 Dekabr 2021 16:00 Maraqlı 2 849
Mahir Emrelinin istirahət gündəliyi - Öncə Qurban Qurbanov, indi də...

"Legiya"nın hücumçusu Mahir Emrelinin ölkəmizdəki istirahət günləri öz axarında gedir.

1 həftəyə yaxındır vətənə qayıdan hücumçumuzun dost-tanış ziyarəti davam edir.

O, Bakıya ayaq basdığı ilk andaca "Qarabağ"ın bazasına baş çəkmiş, Qurban Qurbanovla ziyarət məqsədli görüşü olmuşdu.

Hətta azyaşlı fanatları ilə futbol oynamağa da fürsət tapan Emreli, bu dəfə ölkəmizin bir çox tanınmış simalar ilə futbol matçında bir araya gəlib.

Söhbət dəfələrlə Avropa və Dünya çempionu olmuş güləşçi Hacı Əliyev, "Keşlə"nin və milli komandamızın üzvü Rəhman Hacıyev, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun köməkçisi Eltun Yaqublu və "Qəbələ"nin müdafiəçisi Urfan Abbasov kimi idmançılardan gedir.

24 yaşlı hücumçunun növbəti ayın əvvəli Bakıdan ayrılıb, birbaşa "Legiya"nın qış təlim-məşq toplanışına qatılacağı gözlənilir.

Onun yeni ildən başqa klubun şərəfini qoruyacağı da ehtimallar arasında da yer alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti