Söhbəti niyə uzadırsan, de ki, daha heç kimə artıq pul verməyəcəm də...

14 Dekabr 2021 02:20 Maraqlı 688
Söhbəti niyə uzadırsan, de ki, daha heç kimə artıq pul verməyəcəm də...

Velosiped İdmanı Federasiyasının yeni rəhbərliyi mötəbər yarışlarda idmançıları stimullaşdırmaq üçün indiyədək görülməyən məbləğdə mükafat vəd edib.

Alqışlanası addımdır. Sadəcə, biz hara, dünya və Avropa çempionluğu hara?

Nədənsə yadıma 1996-cı ildə Bakıda İsveçrəni udandan sonra ovaxtkı AFFA prezidenti Fuad Musayevin futbolçulara dediyi düşdü.

Musayev demişdi ki, uşaqlar, hərəyə 2 min dollar mükafat veriləcək. Belə qərara gəldik ki, hər dəfə Avropa nəhəngini udandan sonra bir nəfərə ikiqat mükafat verək.

Bu dəfə həmin şəxs Yunis Hüseynovdur. Ona 4 min dollar düşür.

Amma ürəyinizi sıxmayın, bu qəbildən olan qələbələrdən sonra hər dəfə birinizə növbə çatacaq.

Vidadi Rzayev arxa cərgədə oturubmuş. Yavaşca, Fuad Musayev eşitməyəcək tonda yanındakılara söyləyib ki, söhbəti niyə uzadırsan, day denən, daha heç kimə artıq pul verməyəcəm də…

Ceyhun Rzayev

Digər Xəbərlər
Xəbər Lenti