“İndi “Qarabağ”dan sonra ən çox “Real”la “Liverpul”u izləyirəm”

11 Dekabr 2021 17:40 Maraqlı 894
“İndi “Qarabağ”dan sonra ən çox “Real”la “Liverpul”u izləyirəm”

“Cavan vaxtı bir oyunu da buraxmazdım, hamısını izləyərdim”.

Bu sözləri "Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışına qonaq olan "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə dünya futbolundan söz açan müsahib “Real” azarkeçi olduğunu bildirib:

“O illərdə xüsusi diqqət göstərdiyim bir neçə komanda var idi. “Real”, “Mançester Yunayted”, “Milan”, Kiyev “Dinamo”su...

Yaş keçdikcə, səndə daha əvvəlki həvəs olmur, futbola qarşı bir qədər soyuyursan. İndi “Qarabağ”dan sonra ən çox “Real”la “Liverpul”u izləyirəm.

“Real” mənim gənclik komandamdır. Zinəddin Zidan bura gələndən sonra klubun həyatında yeni və parlaq dönəm başladı.

Zidan “Real”ın ən böyük məşqçilərindən biridir. Ondan sonra Karlo Ancelotti gəlib və yenə yaxşı işlər görür.

Bu komandanın oyununda daim yeniliklər görürəm. Junior və Militau kimi futbolçular çox “artırıb”. Ancelotti bundan sonra “Real”da hələ xeyli iş görəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"