Azərbaycanlı futbolçu: “Bu biznesə girişmək niyyətim yoxdur”

5 Dekabr 2021 10:40 Maraqlı 549
Azərbaycanlı futbolçu: “Bu biznesə girişmək niyyətim yoxdur”

“Səbail”in sabiq yarımmüdafiəçisi Vüqar Bəybalayevin özünə biznes qurması barədə xəbərlər yayılıb.

Bildirilir ki, yaydan bəri klubsuz qalan futbolçu Bakıda bərbərxana açıb.

28 yaşlı oyunçu bu ilin martında Gürcüstana yollanaraq,"Telavi" ilə müqavilə bağlamışdı. Onun legioner həyatı qısa çəkdi - artıq iyulda geri qayıtmışdı.

Vaxtilə futbolun sirlərini “Bakı”da öyrənmiş Bəybalayev “Sumqayıt”, “Turan”, “Xəzər Lənkəran” kimi bir çox komandanın şərəfini qoruyub.

O, özünə yeni iş sahəsi tapması haqda Sportinfo.az-a bunları söyləyib:

“Əslində, ideya özü çox yaxşıdır. Sağ olsunlar, ortaya belə bir fikir atıblar (gülür). Amma hansısa bərbərxanadan söhbət gedə bilməz.

Ümumiyyətlə, bu biznesə girişmək niyyətim yoxdur, olmayıb da”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!