Tanınmış azərbaycanlı idmançı nişanlısı ilə yeni FOTOsunu paylaşdı

29 Noyabr 2021 14:20 Maraqlı 913
Tanınmış azərbaycanlı idmançı nişanlısı ilə yeni FOTOsunu paylaşdı

Rusiya Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanan Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov onunla yeni fotosunu paylaşıb.

Sportinfo.az xəbər verir ki, o, şəklə Annanın profilini təq edərək ürək emojisi qoyub.

Tanınmışlar T. Rəcəbovu təbrik edib, cütlüyə xoşbəxtlik arzulayıb.

T.Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb.

Onların Məryəm adlı bir övladı var. Elnarə Nəsirli AFFA və SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!