Azərbaycanlı futbolçu klub tapmadı, bərbərxana açdı

25 Noyabr 2021 22:20 Maraqlı 1 550
Azərbaycanlı futbolçu klub tapmadı, bərbərxana açdı

“Səbail”in sabiq yarımmüdafiəçisi Vüqar Bəybalayev özünə biznes qurub.

Yaydan bəri klubsuz qalan futbolçu Bakıda bərbərxana açıb.

28 yaşlı oyunçu bu ilin martında Gürcüstana yollanaraq,"Telavi" ilə müqavilə bağlamışdı. Onun legioner həyatı qısa çəkdi - artıq iyulda geri qayıtmışdı.

Vaxtilə futbolun sirlərini “Bakı”da öyrənmiş Bəybalayev “Sumqayıt”, “Turan”, “Xəzər Lənkəran” kimi bir çox komandanın şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti