Mahir Varşavada qaldığı evdə sürprizlə rastlaşdı - FOTO

23 Noyabr 2021 10:40 Maraqlı 1 124
Mahir Varşavada qaldığı evdə sürprizlə rastlaşdı - FOTO

Elnurə Emrelinin xeyli vaxtdır gözlədiyi an yetişdi.

“Legiya”da legioner həyatı yaşayan Mahir Emrelinin anası Polşaya yollanıb. Xanım valideyn uzun müddətdir bu istəkdə olsa da, şəxsi işlərinə görə səfərini payıza saxlamışdı.

Mahirin yanında isə, İtaliyada təhsil alan bacısı Aişə qalırdı.

Bir neçə gün əvvəl Polşaya uçan Elnurə xanım Varşavaya çatar-çatmaz Mahiri mətbəxdəki “əl işi” ilə sevindirib. Futbolçunun anası oğlu üçün yarpaq dolması bişirərək ona sürpriz edib.

Emreli həmin ərəfədə “Qurnik”lə səfər oyununda olub. Evə qayıdarkən – gecə saat 12-yə qalmış evdə sevdiyi təamı görüb.

Elnurə xanım sosial şəbəkə hesabında həmin fotonu paylaşaraq, “Gecənin günortası. Oyundan gələnlərə” sözlərini yazıb.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti