"Qarabağ" haqqı olanı geri qaytardı - 8 il sonra!

5 Noyabr 2021 23:00 Maraqlı 3 149
"Qarabağ" haqqı olanı geri qaytardı - 8 il sonra!

Konfrans Liqasının qrup mərhələsində "Kayrat"ı məğlub edən "Qarabağ" yenidən qrup liderliyinə yüksəldi.

Qrupun digər matçında ağdamlıların əsas rəqibi sayılan "Bazel"in Kiprdə xal itirməsi işimizə əməllicə yaradı.

Artıq ən pis halda qrupu ikinci yerlə pley-offa yüksələcəyimiz dəqiqləşib.

Bu Azərbaycan futbolu tarixində bir ilkdir. Amma...

Əslində "Qarabağ" bu uğura illər əvvəl, daha dəqiqi 2014-cü ilin dekabrında imza atmışdı. Belə ki, o zamanlar ilk dəfə qrup mərhələsinə yüksələn komandamız qərarlaşdığı F qrupunun sonuncu matçında Bakıda İtaliya "İnter"in qəbul edirdi.

Qələbə Qurban Qurbanovun yetirmələrini növbəti mərhələyə daşıyacaqdı. Adlı-sanlı rəqiblə matçda komandamız lazım olan qolu 90+4-də Riçard Almeyda ilə vurmuşdu.

Hətta indikindən dəfələrlə böyük coşğu ilə məşqçilər korpusu, bütün futbolçular və bizlər sevinərək sevincdən bir-birimizi qucaqlamışdıq.

Amma Çexiyalı referi Miroslav Zelinkanın yalnış offsayd qərarı hamımızı pərişan etmişdi. Sonradan klub tərəfindən edilən bütün müraciətlərə rəğmən UEFA haqqımız olan pley-offu bizə qaytarmadı.

Həmin gün meydanda olanlardan Maksim Medvedev, Qara Qarayev və Riçard Almeydan dünən Almatıda yenə meydandaydılar. Həm də həmin Qurban Qurbanovun rəhbərliyi altında.

Zelinkanın əlimizdən aldığı, UEFA-nın da göz yumduğu haqqımızı 8 il sonra məhz elə adını sadaladığım bu adamların da olduğu yenilənmiş "Qarabağ" bərpa etmiş oldu. Gec oldu, amma oldu. Boşuna deməyiblər ki, "haqq nazilər, amma üzülməz". Eynən "Qarabağ"ın haqqı kimi...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı