Məşhur futbolçu prezidentliyə namizəd oldu

21 Sentyabr 2021 12:00 Maraqlı 716
Məşhur futbolçu prezidentliyə namizəd oldu

"Mançester Yunayted", "Tottenhem" və "Bayer"in sabiq hücumçusu Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidentliyinə namizəd olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Bulgraian Football" nəşri məlumat yayıb.

Bildirilib ki, Berbatovun namizədliyi SSKA (Sofiya) da daxil olmaqla bir neçə yüksək divizion klubu tərəfindən dəstəklənib.

Federasiyanın hazırkı rəhbəri Borislav Mixaylov da bu vəzifəyə namizəd olacaq. Seçkilər oktyabrın 12 -də keçiriləcək.

Berbatov karyerası ərzində Bolqarıstanın "Pirin" və SSKA, Almaniyanın "Bayer", İngiltərənin"Tottenhem", "Mançester Yunayted" və "Fulhem", Fransanın "Monako", Yunanıstan PAOK klublarında oynayıb.

Bolqarıstan millisinin 40 yaşlı sabiq oyunçusu karyerasını 2018 -ci ildə Hindistanın "Kerala Blasters"ında başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı