"Qarabağ"ı qələbədən edən tanış sima

17 Sentyabr 2021 22:20 Maraqlı 1 510
"Qarabağ"ı qələbədən edən tanış sima

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə heç-heçə ilə başladı.

Sözsüz ki, bunun bir nömrəli səbəbkarı "Bazel"in bir nömrəsi Haynts Lindner oldu. Məhz bu qapıçının oyun ərzində komandasını bir neçə real qoldan xilas etməsi sonda yekun nəticəni təyin etdi.

Xüsusi ilə onun son dəqiqələrdə Ramil Şeydayevin baş zərbəsinə verdiyi reksiya möhtəşəm idi. Bu çıxarış "Qarabağ"ı 3 xaldan etdisə, "Bazel"lə qızıl dəyərində bir xal qazandırmış oldu.

Rəqibin ən yaxşısı olan futbolçu həm də "Qarabağ" üçün yad sima deyilmiş...

Matçın final fitindən sonra "Bazel"li qapıçı "Qarabağ"dakı həmkarı Emil Balayevə yaxınlaşaraq səmimi söhbət etdi.

Bu, sıradan bir səmimiyyət yox, illər öncəyə söykənən yoldaşlıq əlamətidir. Belə ki, Lindner və Balayev 2015-ci il Almaniya təmsilçisi "Ayntraxt"da komanda yoldaşı olub.

Hər iki qolkiper də burada əsas heyətə düşməyi bacarmayıb. Nəticədə Balayev Almaniya klubundan ayrılaraq "Qarabağ"a transfer olunubsa, Lindner İsvçerənin "Qrassxopper" komandasına keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti