"Qarabağ"ın rəqibi məğlub oldu

12 Sentyabr 2021 23:40 Maraqlı 895
"Qarabağ"ın rəqibi məğlub oldu

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən “Kayrat” Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Almatı təmsilçisi XX turda “Ordabası”nın qonağı olub. Matça sürətli başlayan ev sahibləri ilk hissədə 2 cavabsız qolla önə keçib. Hissənin sonlarına yaxın “Kayrat” meydanda azlıqda qalıb. Aibol Abiken birbaşa qırmızı vərəqə alıb. Buna baxmayaraq, “Qarabağ”ın rəqibi 73-cü dəqiqədə fərqi minimuma endirməyi bacarıb. Joze Kante fərqlənib.

Lakin “Kayrat”ın bundan artığına gücü çatmayıb və 1:2 hesabı ilə məğlub olub. Bu nəticədən sonra 3-cü pillədə qalan “Kayrat”ın aktivində 37 xal var.

Digər Xəbərlər
Xəbər Lenti