"Demək olmaz ki, hər oyun Ozobiç möhtəşəm oynayacaq"

30 Avqust 2021 21:00 Maraqlı 934
"Demək olmaz ki, hər oyun Ozobiç möhtəşəm oynayacaq"

"Ozobiçin milli komandaya nə dərəcədə faydalı olmasını zaman göstərər. Millimizə çox milliləşdirilmiş futbolçular gəlib. Xeyri olan da, olmayan da olub".

Bu sözləri Sportinfo.az-a açıqlamasında milliləşdirildikdən sonra ilk dəfə Azərbaycan millisinə dəvət alan xorvatiyalı Filip Ozobiç haqqında danışan Vuqar Nadirov deyib.

Millimizin sabiq üzvü Ozobiçin yaxşı futbolçu keyfiyyətlərinin olduğunu bildirib: "Millimiz üçün yaxşı fiqurdu. Məncə, keyfiyyətli futbolçudur. Topunan çox yaxşıdır. Sürətlidir və uzaqdan əla zərbələri var. Əsas qalır komandaya adaptasiya olması. Tez bir vaxtda millimizə uyğunlaşması lazımdır. Neçə illərdi ölkəmizdədir. Yəqin ki, bunun faydası olacaq".

Nadirov De Byazinin seçiminə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: "Ozobiç məşqçinin seçimidir. Buna hörmətlə yanaşmalıyıq. Yəqin ki, De Byazi Ozobiçin lazım olduğunu fikirləşib. Demək olmaz ki, hər oyun Ozobiç möhtəşəm oynayacaq. Mütləq zaman lazımdır ki, necə olacağını görək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!