Mətbuat nümayəndələrimiz Messidən nələr yazdı?

6 Avqust 2021 17:10 Maraqlı 883
Mətbuat nümayəndələrimiz Messidən nələr yazdı?

Lionel Messinin "Barselona"dan ayrılması bir andaca dünya mətbuatının gündəmini zəbt elədi. Təbii olaraq yerli mətbuat nümayəndələrimiz də bu hadisəyə səssiz qalmadılar.

Sportinfo.az onlardan bəzilərinin sosial şəbəkələrdəki paylaşımlarını sizə təqdim edir.

Kənan Məstəliyev (Rekord.az): "Messi rəsmən "Barselona"dan getdi! Bu xəbərə necə reaksiya vermək lazım olduğunu bilmirəm".

Tahir Mirzə (İdman tv): "Messinin gedişini Habil Əliyevin məşhur bəstəsi ilə "müşayiət edə bilərəm": Budurmu, vəfası ilk məhəbbətin? P.S. Gedirsən, heç olmasa, səni "liliput"luqdan xilas edən komandana pul qazandırıb gedəydin...".

Fərid Ramazanov (İdman tv): İndi burda (sosial şəbəkələrdə) fikir verirəm, 5 manat(misal üçün) məvacib aldığı halda 5manat və 1 qəpiyə görə işini atıb başqa yerə keçən, oranı isə 5manat və 3qəpiyə görə dəyişən və beləcə gözü doymayan bəzi insanlar, ümumi baş verən hadisələrdən xəbərsiz ola-ola Messini pula satılmada ittiham edirlər. Belələrinə nə deyəsən e".

Elnur Əşrəfoğlu (Cüdo federasiyasının mətbuat katibi): "İndicə Messi qardaşla danışdım. Sizə yaxşı xəbərim var. Leo "Barselona"da qalacaq".

Şəmsəddin Abbasov(CBC Sport): "Nəyin yoxdur ? Sənə bu qədər edən klubu karyeranın sonunda atıb əlavə 1-2 milyona satırsan. Axı sən bu milyonları artıqlaması ilə qazanmısan. İndi nə hörmət qalıb nə sədaqət. Onurğalı futbolçuların nəsli artıq kəsilib... Hər şey pula satılır bu zəmanədə çox heyif...".

Digər Xəbərlər
Xəbər Lenti