"Neftçi"dən də yaxşı klublarla qarşılaşmışıq".

13 İyul 2021 20:30 Maraqlı 595
"Neftçi"dən də yaxşı klublarla qarşılaşmışıq".

“Neftçi"ni güclü komanda kimi tanıyırıq. Ancaq bundan da yaxşı klublarla qarşılaşmışıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Tbilisi “Dinamo”sunun futbolçusu Giorgi Kutsiya Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Neftçi” ilə keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Sabahkı qarşılaşmadan danışan 22 yaşlı yarımmüdafiəçi Bakıya qələbə üçün gəldiklərini bildirib: “Bura gəlişimizin səbəbi "Neftçi"nin zəif cəhətlərini tapmaq, ondan yararlanmaq və qələbə qazanmaqdır".

Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək matç saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti