Öncə baba, sonraa nəvə

30 May 2021 23:00 Maraqlı 503
Öncə baba, sonraa nəvə

"Çelsi"nin futbolçusu Markos Alonso unikal tarixi nailiyyətin müəllifi olub.

Sportinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi babası Markitos Alonso kimi avrokubok qazanıb.

Markitos Alonso da müdafiəçi mövqeyində çıxış edib və İspaniya "Real Madrid"inin heyətində 5 dəfə - 1956 - 1960-cı illərdə Çempionlar Kubokuna yiyələnib.

O, 2012-ci ildə 78 yaşında dünyasını dəyişib və bundan 9 il sonra nəvəsi Markos Alonsonun karyerasında ilk dəfə Çempionlar Liqasını qazanmasını görə bilməyib.

"Çelsi" finalda "Mançester Siti"ni məğlubiyyətə uğradıb - 1:0. Hazırda Çempionlar Liqası Çempionlar Kubokunu əvəzləyir.

Digər Xəbərlər
Xəbər Lenti