Elxan Məmədovun qardaşına yüksək vəzifə verildi

18 Mart 2021 14:20 Maraqlı 798
Elxan Məmədovun qardaşına yüksək vəzifə verildi

Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Emin Məmmədov AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun böyük qardaşıdır. Əməkdar incəsənət xadimi olan Emin Məmmədov bu təyinatadək Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

“Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

V. Muradov vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəyib.

Digər Xəbərlər
Xəbər Lenti