Azərbaycanla oyun üçün təəssüfləndi - Portuqaliya millisinin baş məşqçisi

16 Mart 2021 20:20 Maraqlı 946
Azərbaycanla oyun üçün təəssüfləndi - Portuqaliya millisinin baş məşqçisi

"Karantin məsələsi həll edildi. İngiltərədəki oyunçuların milliyə gəlməsi üçün hansısa problem yoxdur. Mən hüquq üzrə mütəxəssis deyiləm. Amma aydın görünür ki, futbolçular yığmaya gələ bilərlər".

Sportinfo.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan, Serbiya və Lüksemburla keçirəcəkləri oyunlardan əvvəl mətbuat konfransında deyib. O, millimizi Portuqaliyada deyil, İtaliyada qəbul edəcəkləri üçün təəssüfləndiyini söyləyib: "Oyunların hamısı Portuqaliya xaricində keçiriləcək. Təəssüf ki, ilk matçımızı burada deyil, İtaliyada oynayacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu