"İdman sahəsindən qismən uzaqlaşıram" - Tanınmış şərhçi İTV-də

15 Yanvar 2021 23:00 Maraqlı 602
"İdman sahəsindən qismən uzaqlaşıram" - Tanınmış şərhçi İTV-də

Ötən ilin yayında CBC Sport kanalından ayrılan şərhçi Ürfan Məmmədlinin yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə fanat.az-a tanınmış jurnalist özü məlumat verib.

Məmmədli saytımıza açıqlamasında karyerasında yeni səhifə açdığını bildirib: "Karyeramı bundan sonra İctimai TV-də davam etdirəcəm.

Burada əvvəlki iş yerlərimdən fərqli olacaq. İdman sahəsindən qismən uzaqlaşıram. Artıq İctimai TV-nin Xəbərlər Redaksiyasında ictimai-siyasi mövzular üzrə redaktor vəzifəsində çalışacam.

Karyeramda yeni səhifə açıram. İTV rəhbərliyinə etimad göstərdiyi üçün minnətdaram".

Digər Xəbərlər
Xəbər Lenti