PAŞA Qrup “YAŞAT” Fonduna 2 milyon vəsait köçürdü

14 Dekabr 2020 14:30 Maraqlı 398
PAŞA Qrup “YAŞAT” Fonduna 2 milyon vəsait köçürdü

Sportinfo.az xəbər verir ki, PAŞA Holding və onun bank və sığorta müəssisələri 44 gün davam edən İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna vəsait köçürüb.

Belə ki, sözügedən Fonda PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat tərəfindən ümumilikdə 2 milyon AZN ianə edilib.

“Ölkəmiz 44 günlük müharibə nəticəsində şanlı Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbəni Azərbaycan xalqına yaşadan, Vətən uğrunda canlarından keçən əsgərlərin ailələrinə, eləcə də yaralı qazilərə dəstək göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Düşünürəm, müharibə zamanı olduğu kimi, indi də hamımız güclərimizi səfərbər edərək Vətənimizə mənəvi və maddi dəstəyimizi əsirgəməməliyik” - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayır.

Məlumat üçün qeyd edək ki, PAŞA Holding müharibə zamanı Silahlı Qüvvələrə Dəstək Fonduna yardım göstərən ilk şirkətlərdən olmuşdur.

Bundan əlavə, Holdinq ölkəmizin milli mənəvi dəyərlərini yaşatmaq idealogiyasına sadiq qalaraq, həmvətənlilərimiz arasında qələbə sevinci və milli vətənpərvərlik ruhunun artırılmasına öz töhfəsini vermək məqsədilə Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyəti Alim Qasımovun yeni əsərinin ərsəyə gəlməsinə də dəstək göstərmişdir.

Digər Xəbərlər
Xəbər Lenti