Yunis Hüseynovun “sağ əli“ də xəstəlik tapdı

4 Dekabr 2020 15:00 Şamaxı 728
Yunis Hüseynovun “sağ əli“ də xəstəlik tapdı

“Sumqayıt”dan sonra “Keşlə” da məşqləri dayandırmaq qərarına gəlib.

Buna səbəb koronavirusa kütləvi yoluxma halının baş verməsidir.

Paytaxt təmsilçisinin 10 futbolçusundan götürülən son testin nəticəsi pozitiv çıxdığından, baş məşqçi Yunis Hüseynov məşqlərin dayandırılmasına qərar verib.

Rəhman Hacıyev, Vüsal İskəndərli, Rəşad Sadiqov xəstəliyə tutulması daha əvvəl məlum olmuşdusa, son test nümunələri «pozitiv siyahı»nı genişləndirib.

Stanislav Namaşko, Kamal Bayramov, Turan Vəlizadə, Tərlan Quliyev, Rail Məlikov, Miyuşko Boyoviç, Sezar Meza Kolli və Rəfail Məhərrəmli karantinə alınıb.

Virusa yoluxanlar karantinə alınıb, digərləri də özlərini qorumaq məqsədilə təcrid olunublar.

Baş məşqçinin köməkçisi Zaur İsmayılov da bu siyahıya daxildir. Həmçinin klubun bəzi əməkdaşları müalicə kursu götürüb.

Dekabrın 5-də keçirilməli olan “Keşlə” – “Səbail” matçı təxirə salınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti