Daha bir legioner Azərbaycan klubunu tərk edir

29 Noyabr 2020 22:20 Şamaxı 646
Daha bir legioner Azərbaycan klubunu tərk edir

"Keşlə" qış fasiləsi yaranmamış daha bir legionerlə yollarını ayırmağa hazırlaşır.

Alvaro Tavares və Artur Batista ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən paytaxt təmsilçisini bu dəfə Şohruh Qadoyev tərk etmək üzrədir.

2019-cu ilin dekabrında Premyer Liqanın bürünc medalçısıyla 1,5 illik kontrakt imzalamış Özbəkistan millisinin üzvü buradan ayrılmaq niyyətində olduğunu bildirib.

27 yaşlı yarımmüdafiəçi əsas heyətə düşmədiyi üçün getməyə qərar verib. O, karyerasına "Nasaf"da başlayıb, daha sonra Bəhreynin "Al-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.

Özbəkistan yığmasının heyətində 14 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti