"Keşlə" rəhbərliyi Yunis Hüseynova daha nə qədər dözəcək?

23 Noyabr 2020 09:40 Şamaxı 635
"Keşlə" rəhbərliyi Yunis Hüseynova daha nə qədər dözəcək?

Bu gün «Keşlə»də klubdaxili iclas keçiriləcək.

Sportinfo.az-ın məlumatına görə, komandanın dünən Premyer Liqanın 10-cu turu çərçivəsində «Zirə»yə 1:3 hesablı məğlubiyyəti düşərgədə ciddi narahatlıq yaradıb.

Rəhbərlik turnir cədvəlində yaranmış vəziyyətlə barışmaq istəmir. Hər halda cari mövsüm 4-cü yenilgisini alan kollektiv hədəflərindən uzaq düşüb və 5-ci pilləyə yuvarlanııb.

Odur ki, komandayla görüşün vacibliyi artıb. Futbolçulardan bir neçəsinin cəzalandırılması və ya cərimələnməsi gündəmdədir. Əsasən də legionerlərin.

Ona görə ki, Yunis Hüseynov əksər əcnəbi oyunçuların çıxışından narazılığını rəsmilərin diqqətinə çatdırıb.

Bu, o deməkdir ki, baş məşqçinin öz yeri rahatdır? Hələlik nə «hə», nə də «yox» demək mümkündür.

Klub başbilənləri Hüseynova yenə vaxt vermək fikrindədir. Hardasa daha 2-3 tur. Əlbəttə, «Keşlə» növbəti həftələrdə də uğursuz oyunlarıı sıralasa, onu daha çox gözləməyə səbrləri çatmayacaq. Belədə mümkündür ki, istefa xəbəri daha tez çıxsın.

Rəhbərliyin Hüseynova şans vermək niyyəti olmasaydı, dünən oyundan sonra bunu paltardəyişmə otağında elan edərdilər. Lakin ora nə gələn olub, nə də xəbər göndərən.

Digər Xəbərlər
Xəbər Lenti