"Heç vaxt bir yerdə oturmuram"

17 Noyabr 2020 20:40 Şamaxı 556
"Heç vaxt bir yerdə oturmuram"

"Son 7 ildə yığmadan kənarda qalmağımı nəzərə alsaq, emosiyalar çox yaxşıdır.

Yenidən milliyə dəvət almaq və son matçlarda oynamaq üçün özünə inam qazanmaq əladır".

Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin qapıçısı Stanislav Namaşko "Moldfootball" nəşrinə müsahibəsində Moldova yığmasındakı 50-ci matçı barədə danışarkən deyib.

Bu göstərici ilə moldovalı həmkarları arasında rekorda imza atan 34 yaşlı qapıçı bunun xoş hadisə olduğunu bildirib: "Yunanıstanla görüşdə müsbət nəticə qazansaydıq, ikiqat xoş olardı. Yenidən millidə olduğum və oyun sayını yuvarlaq rəqəmə çatdırdığım üçün şadam".

Namaşko 2019-cu ilin yayından "Keşlə"də çıxış edir. Təcrübəli qolkiper yenidən yığmaya çağırılmağını əzmkarlığı ilə əlaqələndirib: "Heç vaxt bir yerdə oturmuram. Daim oyun təcrübəsi axtarıram.

Yenidən bu formanı geyinməyimdə oynadığım klublarda mənə olan inam əsas rol oynadı. Deyə bilmərəm, bu, mənim ikinci gəncliyimdir, ya yox, sadəcə, komandalar mənə inandılar. Bu isə sabitlik gətirdi".

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!