"Qəbələ" nə etdi, özünə etdi - FOTOREPORTAJ

8 Noyabr 2020 09:20 Şamaxı 563
"Qəbələ" nə etdi, özünə etdi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Turun ilk görüşü “ASK Arena”da keçirilib. “Qəbələ” “Keşlə”nin qonağı olub.

Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində bir dəyişiklik edib. Merab Qiqauri “11-lik”də yer alıb. O, Stefan Vukçeviçi əvəzləyib.

Görüş qarşılıqlı hücumlarla başlayıb. “Qəbələ”nin ardıcıl bir neçə dəfə rəqib qapısı önündə təhlükə yaradıb. Amma Stanislav Namaşko öncə Yusif Nəbiyev, ardınca Cavid Hüseynovun ötürməsinin qarşısını kəsib.

Meydan sahiblərinin hücumu zamanı Anar Nəzirov Dmitri Klotsun zərbəsini dəf edib. Nikolas Rayselin ötürməsindən sonra Rafael Utziqin cərimə meydanı daxilindən endirdiyi zərbədən sonra top dirəyin yanından keçib.

“Qırmızı-qaralar” sürətli əks-hücumların birində hesabı açıb. Mərkəzdən rəqib qapısınadək irəliləyən Ceyms Adeniyinin zərbəni qapıçı qaytarsa da, müdafiəçiyə çarpan top Nikolas Rayselin önünə düşüb.

Ardıcıl ikinci oyunda qol sevinci yaşayan futbolçumuz matçda hesabı açıb -1:0. Paytaxt təmsilçisi hissənin sonlarında Sezar Meza Kollinin qolu ilə tarazlıq yaratmağa müvəffəq olub.

“Qəbələ” fasiləyə üstün yollanmaq imkanı da əldə edib. Sürətli əks-hücum zamanı qapıçını da keçən Ceyms Adeniyinin qapıya zərbəsi komanda yoldaşı Rafael Utziqə dəyərək istiqamətini dəyişib.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Ceyms Adeniyinin ötürməsindən sonra Nikolas Rayselin zərbəsi yaddaqalan, lakin qeyri-dəqiq olub. İdris İnqilablının uzaq zərbəsi zamanı top tirin üstündən keçib.

Rafael Utziq və Nikolas Rayselin əldə etdiyi əlverişli imkanlar da istənilən sonluqla nəticələnməyib. Bakılıların hücumları zamanı “Qəbələ”nin müdafiəçiləri inamlı oynayıb.

Bir neçə epizodda Anar Nəzirov ustalığını nümayiş etdirib. Lakin meydan sahibləri qələbə qoluna imza ata bilib. Sezar Meza Kollinin zərbəsindən sonra Asif Məmmədova toxunan top qapıdan keçib.

Buraxılan qoldan sonra “Qəbələ” oyunda dönüş yaratmağa çalışıb. Ceyms Adeniyinin zərbəsi qeyri-dəqiq alınıb. Komandamızın hücumlara böyük qüvvə ilə qoşulması “Keşlə” üçün sürətli əks-həmlə imkanları yaradıb.

Belə epizodların birində fərqlənən Silvio Batista fərqi iki topa çatdırıb. Uzatma dəqiqələrində Nikolas Rayselin qüvvətli zərbəsi hesabda dəyişiklik üçün yetərli olmayıb. Beləliklə, “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində paytaxtdan 1:3 hesablı məğlubiyyətlə dönüb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Fərqli hissələr gördük. İlk hissədə dominant futbol nümayiş etdirdik, çoxsaylı qol epizodları yaratdıq.

Əfsuslar olsun ki, dəyərləndirə bilmədik. Komanda meydanda istəyimə uyğun hər şeyi etməyə çalışır. Oyundan-oyuna komandada inkişafı görürəm. Asif Məmmədov təcrübəli futbolçudur. Oyunun tempini artıra-azalda bilir.

Hücumları aktiv etmək üçün onu Stefan Vukçeviçlə əvəzlədik. İkinci hissə emosiyalı keçdi. Nəticə belə olmamalı idi. Epizodları dəyərləndirməyəndə, rəqibə şans verirsən. Rəqib öz şanslarını dəyərləndirdi. Oyundakı imkanlara baxsaq, bəlkə də rəqibdən iki dəfə çox epizod yaratmışıq”.

“Keşlə” – “Qəbələ” 3:1

“ASK Arena”, tamaşaçısız

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Kamran Bayramov

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sarı vərəqələr: Ruslan Əmircanov, 90+1 (qeyri-idman hərəkəti) // Yusif Nəbiyev, 57 (qeyri-idman hərəkəti)

Qollar: Sezar Meza Kolli, 41; Asif Məmmədov, 75 (ö.q.); Silvio Rodriqes, 90 // Nikolas Raysel, 32

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

“Keşlə”

1. Stanislav Namaşko

3. Tərlan Quliyev (k)

19. Azər Salahlı

17. Vüsal İsgəndərli

4. Şəhriyar Əliyev

(21. Miyusko Boyoviç, 78)

25. Con Kamara

10. Sezar Meza Kolli

48. Dmitro Klots

(13. Pərviz Azadov, 60)

11. Silvio Rodriqes

23. Artur Batista

99. Rafael Məhərrəmli

(7. Rəhman Hacıyev, 69)

Ehtiyat oyunçular:

85. Kamal Bayramov

18. Ruslan Əmircanov

2. İlkin Qırtımov

8. Tural Axundov

20. Rail Məlikov

16. Alvaro Tavares

14. Turan Vəlizadə

Baş məşqçi: Yunis Hüseynov

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(26. Stefan Vukçeviç, 75)

74. Yusif Nəbiyev

14. Cavid Hüseynov

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

2. Vinko Medimoreç

23. Rafael Utriq

(10. Rövlan Muradov, 67)

55. İdris İnqilablı

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

28. Murad Musayev

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

22. Rodriqo Qattas

20. Faiq Hacıyev

71. Rüfət Əhmədov

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti