"Keşlə"dən: "Yaxşı komanda, yaxşı kollektiv belə anda bilinir"

5 Noyabr 2020 16:20 Şamaxı 459
"Keşlə"dən: "Yaxşı komanda, yaxşı kollektiv belə anda bilinir"

"Belə məğlubiyyəti unutmaq çətindir. Çox ağır oldu bizə,.

Amma bu görüşü unudub "Qəbələ" ilə oyuna hazırlaşacağıq".

Bu sözləri Azərbaycan Premyer Liqasının sonuncu turunda "Qarabağ"a böyük hesabla (1-6) uduzan "Keşlə"nin cinah yarımmüdafiəçisi Vüsal İsgəndərli Sportinfo.az-a açıqlamasında deyib.

İstedadlı futbolçu əslində son çempionla oyuna yaxşı hazırlaşdıqlarını, amma gözləmədikləri durumla rastlaşdıqlarını bildirib.

Bu məğlubiyyətdən sonra özünüzə gəlmək çətin olmayacaq ki? sualına isə İsgəndərli belə cavab verib: "Yaxşı kollektiv, yaxşı komanda belə anda bilinir, məncə".

Digər Xəbərlər
Xəbər Lenti