Hüseynov: "1:6 hesablı məğlubiyyətdən sonra deyiləsi nəsə yoxdur"

1 Noyabr 2020 19:10 Şamaxı 943
Hüseynov: "1:6 hesablı məğlubiyyətdən sonra deyiləsi nəsə yoxdur"

"Oyun haqda danışılası bir şey yoxdur. İlk qol oyunun qırılma nöqtəsi oldu.

Üçüncü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda haqda deyiləsi nəsə yoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün "Qarabağ"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 1:6 hesablı məğlubiyyəti belə şərh edib: "Futboldur, 0:10 da olur, 0:8 də. İkinci qoldan sonra komanda dağınıq futbol oynadı. Erkən qol hər bir komandaya pis təsir edir.

Təhlükəli vəziyyət də deyildi. Düzdür, qapıçını da qınamaq düzgün deyil. İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı.

Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər komandada belə məğlubiyyətlər olur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!