Yunis Hüseynov daha 4 ay "Keşlə"də qalacaq

31 Oktyabr 2020 09:28 Şamaxı 701
Yunis Hüseynov daha 4 ay "Keşlə"də qalacaq

Premyer Liqanın ilk dövrəsində zəifi çıxışı ilə yadda qalan «Keşlə» baş məşqçi dəyişikliyinə getməyəcək.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi Tərlan Əhmədovun yerinə gətirdikləri çalışdırıcıya daha 4 ay şans vermək fikrindədir.

7 tura cəmi 9 xal toplayan paytaxt təmsilçisinin Hüseynovu martadək sükan arxasında saxlayacağı dəqiqdir.

Əlbəttə, bu, nəticələrin düzəlməsi qarşılığında mümkündür. İşdir, komanda həmin vaxtadək avrokuboklara vəsiqə şansını artırsa, Hüseynovun başı üzərində qara buludlar dolaşmayacaq. Əks halda isə…

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!