“Müharibədir, amma biz sakit həyatımızı keçiririk“

20 Oktyabr 2020 12:02 Şamaxı 1 028
“Müharibədir, amma biz sakit həyatımızı keçiririk“

“Azərbaycana yeni gəldiyimdən çox şeydən xəbərim yox idi“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Keşlə“nin yarımmüdafiəçisi Alvaro Tavares deyib.

Qarabağda Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirir. 30 ildən artıq həsrətində olduğumuz torpaqlar işğaldan azad edilir.

Haqlı mübarizəmizdə bizə dəstək olanlar da var, qarşımızda duranlar da. Belə günlərdə ölkəmizdə çıxış edən idmançılar, məşqçilər, futbolçular kömək olmalıdılar.

Onlar öz sosial şəbəkə hesabları vasitəsi ilə dünyaya haqlı olduğumuzu, torpaqlarımız uğrunda mübarizə apardığımızı bildirməlidilər. Azərbaycan Premyer Liqasında çıxış edən əcnəbi futbolçu bu məsələdə bizim yanımızdadır.

Onlardan biri də braziliyalı Tavaresdir: “Burada mənə ermənilərin Qarabağı işğal etdiklərini dedilər. Ölkədə müharibədir, amma biz sakit həyatımızı keçiririk.

Qorxulu heç nə yoxdur. Bilirəm ki, öz torpaqlarınızı işğaldan azad etmək üçün çalışırsız. Vüsal İsgəndərli də qol vurandan sonra “əsgər salamı” verdi.

Arzu edərdim ki, torpaqlarınız sülh yolu ilə qaytarılsın. Amma indiki halda bu, real görünmür”.

Digər Xəbərlər
Xəbər Lenti