De Byazi U-21-in sükanı arxasında kimi görmək istəyir?

17 Oktyabr 2020 09:28 Şamaxı 834
De Byazi U-21-in sükanı arxasında kimi görmək istəyir?

AFFA 21 yaşlılardan ibarət yığmanın baş məşqçi postuna namizəd axtarışına start verib.

Artıq bir neçə nəfər gözaltı edilib.

Styahının başında Ayxan Abbasov gəlir. Federasiya son 2 ildə «Sumqayıt»ı uğurdan uğura daşıyan mütəxəssisin burada da işinin öhdəsindən gələcəyini düşünür.

Hər halda Abbasovu dəstəkləyənlər arasında Canni De Byazinin də yer alması onun əlini bir qədər də gücləndirir.

Əsas millinin çalışdırıcısı gənc yerli həmkarı barədə AFFA rəsmilərinə olduqca müsbət raport verib. İtalyan məşqçi Abbasovu çalışqan, daim öz üzərində işləyən və müasir futbola ayaqlaşmaq istəyən biri olaraq təqdim edib.

De Byazinin «Sumqayıt»a bu münasibəti millinin heyətindən də görünür. O, görəvə gələndən sonra «kimyaçılar»a üstünlük verməkdədir. UEFA Millətlər Liqasının Monteneqro və Kiprlə keçirilən son oyunlarına bu klubdan 5 futbolçu dəvət alıb.

AFFA Milan Obradoviçlə yeni müqavilə imzalamağa həvəsli deyil. Həm U-21-in AVRO-2021-nin seçmə mərhələsini uğursuz keçirməsi, həm də maliyyə şərtləri federasiyanı qane etmir. Serbiyalı maaşının aşağı salınması təklifini geri çevirəndən bəri, ümumiyyətlə, qurumun gözündən düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!