Türkiyə çempionu yığmamızın futbolçusuna imza atdırdı

6 Oktyabr 2020 18:48 Şamaxı 667
Türkiyə çempionu yığmamızın futbolçusuna imza atdırdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Serhan Üresin "Başakşəhər”lə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 2002-ci il təvəllüdlü yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə peşəkar sözləşməyə qol çəkib.

Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.

“Başakşəhər” ötən mövsüm Türkiyə Super Liqasının çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti