"Bunun nəticəsində qələbə qazandıq' - Yunis Hüseynov

2 Oktyabr 2020 18:20 Şamaxı 677
"Bunun nəticəsində qələbə  qazandıq' - Yunis Hüseynov

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətubat konfransında bildirib: "İlk növbədə, əsgərlərimizə uğurlar arzu edirəm. Komandam əzmkar oyun nümayiş etdirdi. Bunun nəticəsində qələbə qazandıq. Gələcək oyunlarda da belə davam edəcəyimizə inanıram. Qarşıda iki həftəlik vaxtımız var, çalışacağıq ondan istifadə edək".

Y.Hüseynov əvvəlki oyunla müqayisədə heyətdəki dəyişikliklərin səbəbini açıqlayıb: "Rəhman bu gün yaxşı təsir bağışladı. Qarşıdakı oyunlardan asılı olaraq rəqibə uyğun heyət quracağıq"

Digər Xəbərlər
Xəbər Lenti