"Əmim həmin döyüşlərdə şəhid olub, atam isə yaralanıb"

28 Sentyabr 2020 21:40 Şamaxı 829
"Əmim həmin döyüşlərdə şəhid olub, atam isə yaralanıb"

"Qələbə sevincini sözlə ifadə etmək mümkün deyil.

Kəndlərin işğaldan azad olunmasını eşidəndə çox sevindim, qürur duydum".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli cəbhə bölgəsində baş verən hadisələrlə bağlı danışarkən deyib.

Füzulinin Qacar kəndindən məcburi köçkün olan 25 yaşlı yarımmüdafiəçi kəndi haqqında yaxşı xəbər gözlədiyini söyləyib: "Kəndimizin işğaldan azad olunmasını gözləyirəm. İnanıram ki, öz rayonumuzda olmağı Allah bizə nəsib edəcək".

İsgəndərli yaxın qohumları kimi özünün də hər zaman döyüşməyə hazır olduğunu bildirib: "Atam və əmin 1990-cı illərin əvvəllərində döyüşlərdə iştirak edib. Əmim həmin döyüşlərdə şəhid olub, atam isə yaralanıb. Bir qarabağlı kimi hər zaman döyüşməyə hazırıq. Allah Azərbaycan əsgərini qorusun!" (report).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu