Çox çəkməz, Yunis Hüseynov da gedər…

27 Sentyabr 2020 20:00 Şamaxı 696
Çox çəkməz, Yunis Hüseynov da gedər…

Öyrəşmədiyimiz mənzərənin şahidiyik.

"Sabah"la "Sumqayıt"ın zirvəni "Neftçi" ilə bölüşməsinin təsadüf, ya zərurət olmasını hələ qarşıda görəcəyik.

Çünki ənənə üzrə milli mövsümdə hər şey 6-cı turdan sonra bir qədər gözlənilən axara düşməyə başlayır. Əlbəttə, son iki pillədəkilərdən «Qəbələ»nin qələbəsizliyi diqqət çəksə də, oyun planında onların ən yuxarıdakılardan elə də geri qalmadığı, zamanla diş qıcaya biləcəklərini görmək olur.

Lakin bunun üçün usanmadan və səngimədən çalışmaq, oyun çatışmazlıqlarını aradan qaldırmaq və ən əsası, psixoloji sindroma düşməmək vacibdir. Axı bu gün onların yaxınlığında dayanan "Keşlə" ilə "Zirə"nin də oyunu qəribə və sürüşkən qeyri-sabitliyi ilə diqqət çəkir: hər an yüksəliş də ola bilər, eniş də.

Dünən üz-üzə gələn bu komandaların oyununu bir tərəziyə qoymaq yolverilməzdir. «Keşlə»ni bu gedişlə istefa xəbəri silkələyəcək. Çox çəkməz, Yunis Hüseynov gedər.

AFFA-nın məsləhəti ilə sükan arxasıına keçən Hüseynov məşqçi təcrübəsindən yoxsul təsir bağışlayır köhnə-yeni işində. Elə bil, bu həyata ilk dəfə atılıb: yaxın keçmişdə iki dəfə «Karvan»ı, bir o qədər də «Xəzər Lənkəran»ı çalışdırmayıb.

Forma geyindirdiklərinin sözünü almadığı baş məşqçi kənardan necə də çarəsiz və zəif görünür. İki kərə hesabda önə çıxıb, final fitini məğlub şəkildə dinləyən komandanın çalışdırıcısı ötən həftə çempionluqdan dəm vururdu, xatirinzdədir də.

Tərlan Əhmədov «Keşlə»nin bir nömrəli təqibçtsidir. Ruhu hələ də dolaşır komandanın üzərində. «Keşlə» yeni ilədək nə futbol oynasa, udsa və uduzsa,

Əhmədovun aktivinə, yaxud pasivinə yazılacaq. Çünki bu kollektivi o yığıb. Hüseynovun işi, əməyi 2021-ci ildən tez görünməyəcək. Sadəcə, güc gələ bilmir futbolçulara - dinlənilmir, eşidilmir.

Və bu, onun həmin tarixədək vəzifəsində qalmaq ehtimalını çox aşağı salır. «Zirə»yə uduzmaq günah sayıılmır, o da baxır necə oynayırsan, necə uduzursan.

«Keşlə» oyun intizamı sarıdan yerlə sürünür, bu da ondan qaynaqlanır ki, gündəlik hazırlıq prosesi boşluqlarla zəngindir. Komanda həftəboyu nə cür məşq edibsə, çürük «meyvə»sini də aldı.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı