Mozambikli "Keşlə"nin "bazar"ına "od vurdu" - FOTOREPORTAJ

27 Sentyabr 2020 10:40 Şamaxı 554
Mozambikli "Keşlə"nin "bazar"ına "od vurdu" - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, turun üçüncü matçında "Keşlə" "Zirə"ni qəbul edib.

"ASK Arena"dakı qarşılaşma "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqədə vurulub. "Keşlə"nin heyətində Silvio Rodriqes fərqlənib. 21-ci dəqiqədə "Zirə" Klesio Baukun qolu sayəsində hesabı bərabərləşdirib.

İlk hissə bu hesabla başa çatıb. 54-cü dəqiqədə Dmitro Klots meydan sahiblərini yenidən hesabda önə keçirib. 68-ci dəqiqədə mozambikli Bauk özünün və komandasının ikinci qoluna imza atıb.

"Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkok 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu nəticədən sonra xallarının sayını 7-ə yüksəldən "Zirə" 1-2-ci, 5 xalı olan "Keşlə" isə 5-6-cı yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"