"Keşlə": Bu məbləğə razısansa, qapımız üzünə açıqdır

24 Sentyabr 2020 20:00 Şamaxı 1 588
"Keşlə": Bu məbləğə razısansa, qapımız üzünə açıqdır

Sezar Meza Kolli yenidən karyerasını Azərbaycanda davam etdirmək fikrinə düşüb.

Sportinfo.az-ın məlumatına görə, paraqvaylı yarımmüdafiəçi bu məqsədlə "Keşlə"yə xəbər göndərib.

"Universitatya" 2019/2020 mövsümündə icarə əsasında "Keşlə"də çıxış etmiş legionelə yollarını yaxıınlarda ayırıb. 29 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Sezar Meza Kollinin Rumıniya klubu ilə sözləşməsi 2021-ci ilin yayında başa çatmalı idi. O, "Keşlə"də 2013 - 2016 və 2018-ci ildə də çıxış edib. Eyni zamanda, 2016/2017 mövsümündə "Zirə"nin formasını geyinib.

"Keşlə"nin AFFA-nın milliləşdirmək istədiyi paraqvaylı oyunçuya münasibəti müsbətdir. Sadəcə, paytaxt təmsilçisi ona təklif etdiyi maaşın ümumi məbləğini aşağı salıb. Cənubi amerikalı razılaşsa, 12 min dollar qarşılığında geri dönə bilər. Əvvəl isə ona təklif olunan rəqəm ay üzrə 15000 dollar idi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!