"Adımı Azərbaycan klubunun tarixinə yazdıracam"

10 Sentyabr 2020 12:16 Şamaxı 1 231
"Adımı Azərbaycan klubunun tarixinə yazdıracam"

“Keşlə”nin çox gözəl layihəsi var”.

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin yeni transferi Alvaro Tavareş deyib.

Braziliyalı legioner “Keşlə” ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı vinger Ukrayna klubu “Lvov”dan Azərbaycan təmsilçisinə keçidini dəyərləndirib.

“Sambaçı” iddialı fikirlər səsləndirməklə diqqət çəkib: “Keşlə” üçün faydalı və vacib olacağıma, burada daha uzun müddət qalacağıma ümid edirəm. Bu kluba keçdiyim üçün çox xoşbəxtəm.

Paytaxt təmsilçisinin çox yaxşı infrastrukturu var. Ümid edirəm ki, burada uğurlu olacam və adımı klubun tarixinə yazdıracam”.

Digər Xəbərlər
Xəbər Lenti