Klubu ilə davası bitdi, istəyinə çatdı, Bakıya yolu açıldı

5 Sentyabr 2020 16:14 Şamaxı 1 517
Klubu ilə davası bitdi, istəyinə çatdı, Bakıya yolu açıldı

«Keşlə» ilə danışıqlar aparan Alvaro Tavares «Lvov»la problemini həll edib.

Sportinfo.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi bu gün Azərbaycana gələcək.

O, paytaxt təmsilçisi ilə 1 illik müqavilə bağlayacaq. 25 yaşlı legioner 2019-cu ildən «Lvov»da çıxış edirdi.

Ukrayna Premyer Liqasında 21 oyunda 3 qol vuran «sambaçı» klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozub və bura azad agent statusu olaraq gəlir.

Hərçənd «Lvov» onunla vidalaşimaq istəmirdi, «Keşlə»yə icarəyə vermək fikrində idi. Gəl ki, cənubi amerikalı klubun ona maaş borcunu əsas gətirərək, buradan birdəfəlik ayrılmağa israr etdi və bu gün məqsədinə çatdı. Yoxsa məsələ şişəcək, şərtlər bir qədər də dəyişəcəkdi.

Tavares onun məsələsini yubadan «Lvov»dan Ukrayna Futbol Federasiyasına şikayət etmişdi və bir az belə getsəydi, klub məhkəməlik olacaqdı.

Digər Xəbərlər
Xəbər Lenti