Azərbaycanda oynamaq üçün klubunu məhkəmə ilə hədələdi

5 Sentyabr 2020 10:52 Şamaxı 1 618
Azərbaycanda oynamaq üçün klubunu məhkəmə ilə hədələdi

Son həftələr transfer bazarında hərəkətliyi artıran "Keşlə" növbəti legioneri düşərgəsinə cəlb etməyə hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısı Alvaro Tavareslə anlaşmağa yaxındır.

"Lvov"la çıxış edən 25 yaşlı yarımmüdafiəçiyə 1 illik müqavilə təklif olunub. Tərəflər şəxsi kontrakt şərtlərini razılaşdırıb, qalıb Ukraynanın Premyer Liqa təmsilçisinin razıılığı.

"Lvov" braziliyalı legionerini icarəyə verməyə razıılaşıb. Lakin bununla nə Bakı klubu "hə" deyir, nə də futbolçu. Tavares "Lvov"un ona bir neçə aylıq maaş borcunun qalmasını əsas gətirərək, azad agent statusu almaqda israrlıdır.

Cənubi amerikalı artııq bu məqsədlə Ukrayna Futbol Federasiyasına məktub yollayıb. O, son aylarda maliyyə problemiylə üzləşən Lvovun eyniadlı təmsilçisi məhkəmə ilə hədələyib. Güman ki, klubu legioneri ilə müqaviləyə qarşılıqlı xitam vermək məcburiyyətində qalacaq.

Alvaro pleymeyker olmaqla yanaşı, sağ cinah vingeri kimi də çıxış edə bilir. Karyerasını 2019-cu ilədək vətəninə bağlı olan futbolçu ötən mövsüm ilk dəfə legioner həyatı yaşayıb. O, Ukrayna Premyer Liqasında 21 oyunda 3 qol vurub.

Tavares "Keşlə"nin yay fasiləsində 3-cü braziliyalı transferi olacaq. Cinah yarımmüdafiəçisi olan Artur Batista "Vorskla"da çıxış edib. Hücumçu Silvio Rodriges "Vlajniya"dan (Albaniya) gəlsə də,, vaxtilə Ukraynada - Odessa "Çernomorets"ində forma geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"