Azərbaycanda çıxış edən legioner Niderlanda qaçıb və... MESAJ YAZIB

4 Sentyabr 2020 16:00 Şamaxı 1 912
Azərbaycanda çıxış edən legioner Niderlanda qaçıb və... MESAJ YAZIB

«Keşlə»nin düşərgəsini özbaşına tərk edən Aleksandr Kristavaonun hara getməsi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, anqolalı hücumçu Niderlanda yollanıb.

Burada onun ailə üzvləri və yaxınları yaşayır. Afrikalı forvard qəfil gedişinin səbəbini şəxsi problemləriylə əlaqələndirib.

O, klubdan icazə almasa da, sonradan rəsmilərə telefonla mesaj yazıb və bildirib ki, özəl işlərini yoluna qoymaq üçün bu addımı atıb. Lakin Kristavao Azərbaycana nə vaxt dönəcəyini orada qeyd etməyib.

Təbii ki, «Keşlə» futbolçusunun bu qeyri-peşəkar davranışına adekvat addımlar atıb. Məşqlərdə iştirak etməməsinə dair ona bildiriş göndərilib və bunun üçün nəzərdə tutulan cəza tədbirləri barədə ona məlumai verilib.

Ondan konkret cavab istənilib, eyni zamanda, xəbərdarlıq olunub ki, addımını əsaslandırmasa, FİFA-ya şikayət məktubu göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı