Azərbaycan klubu müqaviləni pozmağı təklif etdi

3 Sentyabr 2020 18:48 Şamaxı 1 385
Azərbaycan klubu müqaviləni pozmağı təklif etdi

«Keşlə» yaxınlarda müqavilə müddətini yenilədiyi Aleksandr Kristavo ilə vidalaşmaq niyyətindədir.

Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, anqolalı hücumçuya kontraktı vaxtından əvvəl pozmaq təklif olunub.

Bu ilin əvvəlindən ölkəmizdə çıxış edən afrikalı hələ qol hesabını aça bilməyib. Tərlan Əhmədovun təkidi ilə komandaya götürülən forvard son olaraq «Laçi» ilə Avropa Liqası oyununda əla qol imknı qaçırmasıyla yadda qalıb.

Kristavaonun hazırkı müqaviləsi gələn ilin yayında bitməlidir. O, sözləşməsinə qarşıloıqlı xitam vermək təklifə hələ münasibət bildirməyib.

Digər Xəbərlər
Xəbər Lenti