"Keşlə"də TƏHQİQAT: Yeni futbolçulardan pul "tutulub"?

3 Sentyabr 2020 14:08 Şamaxı 1 197
"Keşlə"də TƏHQİQAT: Yeni futbolçulardan pul "tutulub"?

"Keşlə"də gizli araşdırma başlayıb.

Sportinfo.az-ın məlumatına görə, bu, Tərlan Əhmədovun dönəmində komandaya alınan futbolçularla bağlıdır.

Xüsusən bu yay gələn oyunçulara dair klub rəhbərliyində ciddi şübhələr yaranıb.

Sabiq "bankirlər" oturduğu yerdə bu fikrə düşməyib. Müqaviləyə imza atan futbolçuların pulun bir hissəsini sonradan müəyyən şəxslərə geri qaytarması barədə rəsmilərə müəyyən informasiyalar daxil olub.

Deyilənə görə, kontrakdan "tutulan" məbləğ 5-10% təşkil edir. Bu, istər yerlilərə, istərsə də legionerlərə aiddir.

"Keşlə" bu yay Tural Axundov ("Neftçi"), Şəhriyar Əliyev, Rail Məlikov (hər ikisi "Sumqayıt"), Cavid İmamverdiyev ("Sabah"), Rəhman Hacıyev, Turan Vəlizadə (hər ikisi "Neftçi": icarəyə), Dmitri Klots ("Karpatı", Ukrayna), Silvio Rodrigez Perreyra Junior (“Vlajniya”, Albaniya), Kamal Bayramov ("Səbail"), Artur Batista de Souza ("Vorskla", Ukrayna) və Rafael Məhərrəmli ("Qarabağ": icarəyə) ilə anlaşıb,

Müqavilə müddətini uzadanlar isə Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli, Miyusko Boyoviç, Con Kamara, İlkin Qırtımov, Stanislav Namaşko və Aleksandr Kristovaodur.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı