“Dəli kimi sevinirdik, biz Bakıda bunu bacardıq!“

3 Sentyabr 2020 15:04 Şamaxı 966
“Dəli kimi sevinirdik, biz Bakıda bunu bacardıq!“

“Gərgin qarşılaşma oldu. Hədəfimiz bir idi: mərhələni keçən tərəf olmaq, buna da nail olduq“.

Sportinfo.az xəbər verir ki, bu sözlər "Laçi"nin kapitanı Aleksandr İnqyatoviçə məxsusdur.

Albaniya klubunun serbiyalı müdafiəçisi Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"ni penalti seriyasında 5:4 hesabıyla məğlub etmələri barədə danışıb::

“Keşlə”nin kəsərli hücumlarının qarşısında tab gətirdik. Təxminən 40 dəqiqə azlıqda qaldıq. İstəyimiz güclü idi və bu səbəbdən də komandanın azlıqda qalmasını hiss etdirmədik.

Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Penalti seriyası şans oyunudu. Burda bizim bəxtimiz gətirdi. Buna baxmayaraq, sevincliyik.

Tiranadan yola düşəndə komanda olaraq söz vermişdik ki, Bakıda qələbə qazanmalıyıq. Kağız üzərində rəqib üstün idi. Lakin sübut etdik ki, onlardan geri qalmırıq.

Azərbaycandan qələbə ilə ölkəmizə geri dönməyimiz möhtəşəmdi. Əksəriyyət turu keçəcəyimizə inanmırdı. Lakin biz bunu bacardıq. Matçdan dərhal sonra dəli kimi sevinirdik. Əziyyət çəkdik və istəyimizə nail olduq.

Qəbələni dostlarımıza, klub rəhbərliyinə hədiyyə edirik. Biz özümüzə inanırdıq və göstərdik ki, qələbə qazana bilərik. Bakıdan qələbə ilə ayrılmaq hissini sözlə ifadə edə bilmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti