Sportinfo.az yazdı, Zaur Axundov böyük problemi həll etdi

2 Sentyabr 2020 12:44 Şamaxı 1 409
Sportinfo.az yazdı, Zaur Axundov böyük problemi həll etdi

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov Sportinfo.az-ın yaydığı xəbərə ciddi reaksiya verib (https://www.sportinfo.az/idman_xeberleri/kesle/91329.html).

O, klubun akademiyasının üzləşdiyi problemlər barədə yazdıqlarımızı araşdırıb və lazımıı tədbirlər görüb.

Paytaxt təmsilçisinin rəhbərinin göstərişi ilə burada çalışan məşqçi və işçilərlə yeni müqavilə imzalanıb. Axundov onlara jest etməyi də lazım bilib.

Belə ki, 3 aydır qara qəpik üzünə həsrət qalan personala kontraktları sentyabrdan deyil, avqustun 1-dən rəsmiləşdirilib. Müddət 2021-ci ilin mayın 31-dək nəzərdə tutulub. Bu isə «Keşlə»də işləyənlərin 10 ay pul dərdindən qurtulması deməkdir.

Digər Xəbərlər
Xəbər Lenti