Yunis Hüseynov acıgözlük etmədi, bu pula qane oldu

2 Sentyabr 2020 09:28 Şamaxı 1 258
Yunis Hüseynov acıgözlük etmədi, bu pula qane oldu

«Keşlə» ilə 1 illik müqavilə bağlayan Yunis Hüseynovun yeni iş yerində nə qədər pul qazanacağı məlum olub.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçinin maaşı 4000 manat təşkil edir.

AFFA-dan təqdimatı ilə paytaxt təmsilçisinin sükanıı arxasıına gətirilən mütəxəssis cari ilin sonunadək ən azıı bu qədər əməkhaqqıı alacaq. Komandanın çıxışı rəhbərliyi razı salarsa, növbəti ilin əvvəlindən etibarən məvacibi bir qədər də artırılacaq.

Müqayisə üçün deyək ki, Yunis Hüseynovdan öncə «Keşlə»ni çalışdıran Tərlan Əhmədovun aylıq qazancı 7000-8000 manat olub. O, istefaya göndərilənədək maaşının bir qədər də artırılmasını istəyirdi.

Digər Xəbərlər
Xəbər Lenti